"Çudo Peçka" şirkətinin rəhbəri həbs olunub, mənimsəmədə ittiham olunur

"Çudo Peçka" şirkətinin rəhbəri həbs olunub, mənimsəmədə ittiham olunur
26 İyul 2017
Mətni dəyiş

Külli miqdarda kredit vəsaitlərini mənimsəmədə ittiham olunan Çudo Peçka şirkətinin rəhbəri həbs edilib.

Abzas.net xəbər verir ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırması nəticəsində Cəlilov Çingiz Asim oğluna qarşı ittiham irəli sürülüb.

Məlumata görə, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilov “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə əlbir olaraq 21 milyon 874 min manat məbləğində götürdüyü kreditin 13 milyon 962 min manatını Səlim Krimanla öz aralarında bölüb.

"Ç.Cəlilovun bankın vəzifəli şəxsləri ilə əlbir olaraq krediti təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsində şübhələr olduğuna görə ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham  irəli sürülüb".

Şirkət rəhbərinin saxlanıldığı və barəsində həbs-qətimkan tədbirinin seçildibi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun