Ceyhan limanından 6 ay ərzində 12 mln. ton Azərbaycan nefti ixrac olunub

Ceyhan limanından 6 ay ərzində 12 mln. ton Azərbaycan nefti ixrac olunub
5 İyul 2017
Mətni dəyiş

Bu ilin iyun ayı ərzində 2 015 323 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb.

Abzas.net Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu həcmin 1 429 248 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 290 851 ton təşkil edib.

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il iyul ayının 1-dək Ceyhan limanından 332 125 450 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Azərbaycan nefti BTC boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun