2 İyul 2017
Mətni dəyiş
2017-ci ilin ilk yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 38 hərbi qulluqçu ölüb. Onların 16 nəfəri döyüş, 22 nəfəri isə qeyri-döyüş itkisidir.
Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.
İnstitut bildirir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 3 hərbçinin xəstəlikdən, 4 nəfərin intihar edərək, 2 nəfərin isə bədbəxt hadisə nəticəsində (qar uçqunu və tank altında qalma) öldüyü bildirilir. Bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.
Qeyri-döyüş şəraitində ölənlərin statistikasına gəlincə, Xəzər Hərbi Tədqiqatlar İnstitutu 7 nəfərin naməlum səbəbdən, 3 nəfərin əsgər yoldaşının açdığı atəş sonucunda həyatını itirdiyini qeyd edir.
Bundan başqa, son altı ayda hərbi məsələlər səbəbindən azı 5 dinc sakinin həlak olub. Onlardan bir nəfərin mina partlayışından, 4 nəfərinsə naməlum səbəblərdən həyatlarını itirdikləri deyilir.
Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürüldüyü bildirilir.
Azərbaycan Müdafiə nazirliyi bu itkilər haqda ümumi statistika açıqlamır.
İyulun 2-i iş günü olmadığından məlumatı rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmayıb.