Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyan bu gün Brüsseldə görüş keçirəcək.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat verilib.
Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Görüş yerli vaxtla 19.00-da baş tutacaq.
Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.