10 İyul 2017
Mətni dəyiş
"Regional iş birliyinin nə dərəcədə təsirli ola bildiyini Azərbaycan və Gürcüstanla gerçəkləşdirdiyimiz Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz kəmərləri layihələri ilə bölgəyə və dünyaya göstərdik."
Abzas.net xəbər verir ki, bu barədə İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxış edən Türkiyənin baş naziri Binəli Yıldırım danışıb.
"Bu iş birliyini Cənub Qaz Dəhlizi (SGC) çərçivəsində Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi ilə də davam etdiririk”,- deyə, Türkiyənin baş naziri əlavə edib.
B.Yıldırım bildirib ki, TANAP kəmərinin gələn il işə düşməsi ilə Türkiyə Azərbaycandan hər il 6 mlrd. kubmetr qaz alacaq: “Əlavə olaraq 2020-ci ildən etibarən TANAP-dan Avropaya 10 mlrd. kubmetrlik qaz ixracı gündəmdə olacaq. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropadakı ölkələr də qazla təchiz ediləcək”.