Avropa İttifaqı və Britaniya Brexitə dir danışıqların ilk raundunu başladıblar. Hər iki tərəf prosesin sürətləndirilməsinin tərəfdarıdır.
Aİ-nın baş vasitəçisi Mişel Barnier Avropa Komitəsinin Berlaymontdakı baş qərargahında britaniyalı həmkarı Deyvid Deyvislə görüşərək, Britaniyanın ittfaqdan ayrılmaq prosesi ilə bağlı dörd günlük danışıqlara start verib.
Bu həftə keçiriləcək danışıqlar zamanı Brexitdən sonra Avropa İttifaqına üzv ölkələrin Britaniyada, Britaniya vətəndaşlarının isə Avropa İttifaqındakı haqları, Britaniyanın hazırkı öhdəliklərini yerinə yetirməsi üçün ödəməli olduğu məbləğ və İrandiyanın sərhəd məsələsinin müzakirə olunacağı gözlənilir.
Barnier mətbuata cümə axşamı danışıqlardan sonra məlumat verəcəklərini bildirib.