BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yencha Azərbaycana səfər edəcək.
BMT nümayəndəsi iyulun 20-21-də Bakıda keçiriləcək Qüds məsələsi üzrə beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələcək.
М.Yencha tədbirdə məruzə ilə çıxış edəcək.
Konfransda həmçinin, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmilərinin çıxışları gözlənilir.