4 İyul 2017
Mətni dəyiş
OPEC üzvü ölkələrin neft hasilatı iyun ayında bu ilin maksimum səviyyəsinə yüksəlib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, hasilatda artım əsasən neft hasilatının azaldılmasına dair Vyana anlaşmasından azad olan Liviya və Nigeriyanın hesabına baş tutub. Belə ki, "Bloomberg"in araşdırmasına görə, iyun ayında neft hasilatı 260 min barel/gün və ya 0,8% artaraq 32,55 mln. barel/günə çatıb.
Liviyanın neft hasilatı iyun ayında son 4 ilin maksimumuna çatararaq 1 mln. barel/günü ötüb. S.Ərəbistanı neft hasilatını 90 min barel/gün, Anqola və BƏƏ isə hər biri 40 min barel/gün artırıb. Bu ilin may ayında OPEC-in 14-cü üzvünə çevrilən Ekvatorial Qvineya isə iyun ayında neft hasilatını 150 min barel/gün çoxaldıb.