Beynəlxalq Bankının borclarının restrukturizasiya planı qəbul olunub

Beynəlxalq Bankının borclarının restrukturizasiya planı qəbul olunub
13 İyul 2017
Mətni dəyiş

Azərbaycan Beynəlxalq Bankının (ABB) təklif etdiyi 3,3 mlrd. ABŞ dolları həcmində xarici borclarının restrukturizasiyası planı əksər kreditorlar tərəfindən dəstəklənib.

"Bloomberg" agentliyi xəbər verir ki, borcun 87%-nə sahib olan kreditorlar restrukturizasiya planı ilə bağlı son qərarın verilmə tarixinə 1 gün qalmış, yəni iyulun 12-də təklifin "lehinə" səs veriblər. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, planın təsdiq olunması üçün kreditorların 2/3 hissəsinin müsbət qərarı kifayət edir.

Qeyd edək ki, ABB bəzi borclarının 20%-nin silinməsini və dövlət istiqrazları ilə əvəzlənməsini istəyir. "Fidelity Management & Research Co." və "Franklin Templeton İnvesatment Management Ltd." kimi xarici investorlar ABŞ-da məhkəmədə bu qərara qarşı çıxıblar. Onlar, restrukturizasiya planında Azərbaycan Dövlət Neft Fondunun iştirakını qeyri-ədalətli hesab ediblər.

Xatırladaq ki, ABB-nin xarici borclarının iflası may ayının 10-da Bankın 100 mln. ABŞ dolları həcmində kreditini ödəyə bilmədiyi zaman ortaya çıxıb. Bankın restrukturizasiya planı ilə bağlı son qərarını kreditorların iyulun 18-də keçiriləcək iclasından sonra açıqlanması gözlənilir. Müddəti 2019-cu ilin iyununda bitəcək 500 mln. dollarlıq istiqrazlara sahib olan "Fidelity Management & Research Co." və "Franklin Templeton İnvesatment Management Ltd." Nyu-York məhkəməsini restrukturizasiya planının ləğv etməyə çağırsa da, səsvermə keçirilmədiyi üçün məhkəmə tələbi rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun