Tarif Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib, indiyədək "Aİ-92" 70 qəpik idi.
Benzinin qiymətinin artırılması ciddi reaksiyalara səbəb olub Ekspertlər və insanlar benzinin qiymətinin artılımasını mənfi qiymətləndiriblər. Ehtimal olunur ki, benzinin qiymətinin artırılmasından sonra, ərzaq məhsullarında da ciddi qiymət artımı olacaq. İqtisadçı ekspert Rövşən Ağayev yazır: Tarif Şurasının benzinin qiymətini 30%-dək artırması ilə bağlı qərarında təskinlik üçün yazılır: hətta bu qiymət artımından sonra A-92 markalı benzinin qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.Problem benzinin qiymətində deyil - A-92 markalı benzinin qiyməti 1.2 manat da ola bilərdi. Əsas məsələ odur ki, bu ölkələrdə insanların yayaşış səviyyəsi, gəlir əldəetmə imkanları mövcud qiymət səviyyəsinə uyğundurmu? Bir faktı deyim ki, rəsmi açıqlamada adı çəkilən 3 ölkədə - Qazaxıstan, Rusiya və Belorusda orta aylıq əmək haqqı səviyyəsi orta hesabla Azərbaycandan 2-2.5 dəfə yüksəkdir. Əlavə olaraq, bu ölkələrdə məşğul əhalinin orta hesabla 70-80%-i rəsmi əmək müqaviləsi əsasında bəlli məbləğdə əmək haqqı səviyyəsinə, iş yerlərinə və sosial sığorta imkanına malikdirlər. Azərbaycanda həmin göstərici təxminən 33% təşkil edir. Bu 3 ölkədə orta aylıq əmək haqqına Azərbaycanla müqayisədə azı 2 dəfə çox A-92 markalı benzin almaq olur - ən vacib məqam bax budur. Başqa bir problem də var - devalvasiyadan sonrakı mərhələdə ölkə iqtisadiyyatı ikirəqəmli inflyasiyadan can qurtara bilmir. Enerji daşıyıcılarının qiyməti artımı ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcək. Belə şəraitdə hökumət sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcək. Nəhayət, metropoliten ətrafında son günlər yaranan müzakirələr göstərir ki, dövlət şirkətlərinin problemi aşağı tarifdə deyil, səmərəsiz və şəffaf olmayan xərcələmələrdədir..."
Millət Vəkili Aqil Abbas: “Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”. Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırır: “Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər” - deyə o bildirir. Hüquqşünas Xalid Ağalı isə yazır ki, benzinin qiymətinin bu şəkildə qaldırılması Azərbaycan Respublikası qnunvericiliyinə ziddir. "Her bahalaşma zamanı yada salırıq, bir daha tekrarlayaq, ziyanı olmaz. Bizim "İnformasiya əldə etmək haqqında" adlı bir qanunumuz var. Ehali hemin qanunun telebine göre, benzinin iyulun 15-de bahalaşacaqı barede bir ay evvel xeberdar edilmeli idi. Ancaq birbasha qerarı elan etdiler...Yani ki, Tarif Şurasının "benzin qerarı" hem de "İnformasiya əldə etmək haqqında" qanunun teleblerinin "minilmesi" yolu ile qüvveye minmişdir" - deyə hüquqşünas yazır.
Bu artım da əhali arasında ciddi rezonansa səbəb oldu.
[embed]https://www.youtube.com/watch?v=l3-nlu9Bie4&feature=youtu.be[/embed]