İyulun 21-i Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşüb.
Rəsmi məlumatlara görə, görüşdə iki ölkə arasında əməkdaşlıq, regonal məsələlər və Dağlıq Qarabağ münaqişəsimüzakirə edilib.
"Təbii ki, Rusiyasız bu məsələləri “tərpətmək ” mümkün deyil"Prezident Vladimir Putingörüşün əvvəlində mətbuata açıqlamasında deyib ki, regionda vəziyyət sadə deyil:
"Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq. Əlbəttə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var."
AzadlıqRadiosu görüşlə bağlı siyasi icmalçılarla əlaqə saxlayıb.
“Hazırda Qarabağ probleminin həllində “düyün ” əmələ gəlib”
Deputat Rasim Musabəyov hesab edir ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünün xüsusi “arxa planı ” yoxdur və bu barədə danışmaq yersizdir.
[caption id="attachment_30059" align="aligncenter" width="1023"] Rasim Musabəyov[/caption]Deputat deyir ki, hazırda Qarabağ probleminin həllində “düyün ” əmələ gəlib və bunun açılmasında real imkanlar Rusiyadadır:
“Azərbaycan prezidenti Ankaraya gedib türkiyəli həmkarı və ABŞ dövlət katibi ilə görüşdü. Təbii ki, Rusiyasız bu məsələləri “tərpətmək ” mümkün deyil. Güman ki, Azərbaycan hakimiyyəti sonrakı addımlarıını müəyyənləşdirmək üçün Rusiya ilə bu məsələləri müzakirə edir. Fikir verirsiniz, Azərbaycan prezidenti önə Dağlıq Qarabağ problemini çəkmişdi, Putin də öz növbəsində regional təhlükəsizlik və ikitərəfli məsələlərin müzakirə olunduğunu dedi”.
“Putinonlara tapşırıqlarını verir”
Siyasi icmalçı Zərdüşt Əlizadə də Soçi görüşünü xüsusiləşdirməyin əleyhinədir:
“Bu cür görüşlər birinci dəfə deyil keçirilir. Rusiya prezidenti bundan sonra Ermənistan prezidenti Serj SarkisyanıSoçiyə çağıracaq, ardınca Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçılarını. Putin ildə bir, yaxud iki dəfə öz vassallarını toplayıb onlara tapşırıqlarını verir. Bu, iki dövlət başçısının adi diplomatik görüşüdür”.
Zərdüşt Əlizadə deyir ki, prezidentlərin Dağlıq Qarabağ məsələsini müzakirə etməsi təbiidir. Çünki bu problem Azərbaycanın ağrılı yeridir.
[caption id="attachment_27373" align="aligncenter" width="2800"] Zərdüşt Əlizadə[/caption]Soçi görüşünün nəticə verəcəyinə gəlincə, Musabəyov hesab edir ki, hər bir halda Azərbaycan Qarabağ problemi vəMoskva ilə münasibətlərini gərək Rusiyanın ən ali rəhbərliyi ilə müzakirəsindən sonra özündən ötrü dəqiqləşdirsin:
“Putinin ətrafında kifayət qədər ermənipərəst qüvvələr var”
“Çünki ikitərəfli münasibətlərdə də müəyyən gərginlik var və bu gərginlik hara aparacaq, bunu müzakirə etmək vacib idi. Ona görə ki, Putinin ətrafında kifayət qədər ermənipərəst qüvvələr var, onlar Ermənistanın maraqlarını Rusiyanın maraqlarından üstün tuturlar. Bunlar hamısı aydınlaşdırılmalı idi.”
Zərdüşt Əlizadə isə Soçi görüşündən nəticə gözləməyin mümkünsüz olduğunu düşünür:
“MDB məkanında bütün münaqişələri Rusiya yaradıb”
“İndiki şəraitdə münaqişənin formatı və forması Rusiyanın dövlət maraqlarına cavab verir. Bu məsələdə Azərbaycan və Ermənistanın dövlət maraqları görünmür. Ümumiyyətlə, MDB məkanında bütün münaqişələri Rusiya yaradıb və bu dövlət də idarə edir. Hətta Gürcüstanda, Moldovada, Ukraynada münaqişələri yaradıb, qarmağa keçirib və Kreml divarlarından asıb”.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda təşəbbüsün Rusiyada qalmasının mənfi-müsbət tərəfi haqda sualaisə deputatın cavabı belə oldu:
“Bu vaxta qədər təşəbbüs Amerikada idi? Təşəbbüs elə Rusiyada idi. Sadəcə, indi elə bir vəziyyət yaranıb ki, Rusiya da özünü kənara çəkir.”
Zərdüşt Əlizadənin fikrincə isə,Paris və Vaşinqton çox gözəl bilir ki, münaqişə tərəflərinin manevr imkanları çox məhduddur:
“Bakı və Yeravan Moskvanın onlara qurduğu“qəfəs”dən kənara çıxa bilməzlər. Bu qəfəsin adı “Dağlıq Qarabağ münaqişəsi ”dir”.