Azərbaycanda pul bazası 8 mlrd. manatı keçib

Azərbaycanda pul bazası 8 mlrd. manatı keçib
4 İyul 2017
Mətni dəyiş
Azərbaycanda pul bazası bu il, iyulun 1-nə 8 274,5 mln. manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 485,8 mln. manat və yaxud 6,2% çoxdur. İlin əvvəlinə nisbətən pul bazası 414 mln. manat və yaxud 5,3%, son 1 ildə isə 585,1 mln. manat və yaxud 7,6% artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun