Hasılatın azaldılması ilə bağlı OPEC razılaşmasının nizamsız icrasına dair məlumatlar fonunda neft təklifinin artması barədə narahatlıqlar yaranıb.
Cümə axşamı günü neft qiymətləri bir daha aşağı düşüb.
Bu arada Paris-də yerləşən Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatında Almaniya və ABŞ-da daxil olmaqla, qlobal neft tələbatının artacağı ehtimal edilir.
Azərbaycanda isə 2017-ci ilin ilk yarısında, keçən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 9 faiz enib, Dövlət statistika komitəsi bildirib.
OPEC-in çərşənbə günü dərc etdiyi aylıq hesabatında Azərbaycanın gündəlik neft hasilatının bu il hər gün 60 min barel azalacağı proqnozlaşdırılır.
2018-ci ildə gündəlik hasılatın 50 min barel azalacağı ehtimal edilib.
Son 4 ayda, neft qiymətlərinin fasiləsiz azaldığı müşahidə olunub.
Bu ay, Brent markalı neftin bir barelinin qiyməti 48 dollardan aşağı düşüb.
Son həftələr neft qiymətləri 2016-cı ilin noyabr ayından indiyədək ən aşağı səviyyəyə düşüb.
Bu ay qiymətlərin azalmasına ən mühüm səbəblərdən biri də Liviya və Nigeriyada gözlənilməz hasilat artımı olub.
Daha bir səbəb də hasilatın azaldılması barədə OPEC qərarının müvafiq şəkildə yerinə yetirilməməsidir, İEA qeyd edib.