23 il əvvəl fəaliyyətini dayandırmış “Akademiçeskiy” sanatoriyası 2018-ci ildə Azərbaycanın vəsaiti hesabına bərpa olunacaq.
“Komsomolskaya pravda”nın xəbərinə görə, 2018-ci ildə Kislovodskda 1994-cü ildə bağlanmış məşhur sovet sanatoriyası olan “Akademiçeskiy”ın yenidən qurulmasına başlanacaq.
Kompleksin tam bərpası üçün 2,3 milyard rubl (təxminən 40 milyon ABŞ dolları) tələb olunur. Bu barədə Stavropol bölgəsinin rəhbəri V.Vladimirovun Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə olunub.
Kislovodsk şəhərinin meri Aleksandr Kurbatovun sözlərinə görə, sağlamlıq mərkəzinin yenidən qurulması üzrə birgə iş barədə saziş diyar hökuməti, şəhər administrasiyası və investor şirkət arasında bağlanıb.
Sanatoriyanın federal balansdan diyarın balansına verilməsi ilə bağlı proses artıq başlayıb. İrimiqyaslı yenidənqurma işlərinin nəticəsində sanatoriyanın korpuslarının tutumunun 350 yer artırılması planlaşdırılır.