Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 28% artacaq

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 28% artacaq
3 İyul 2017
Mətni dəyiş
Bu il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri üzrə 27,6% artım nəzərdə tutulub. “Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın rəyinə istinadən xəbər verir. Belə ki, 2017-ci ildə Fondun gəlirlərinin 2017-ci il təsdiqlənmiş büdcədə nəzərdə tutulan 8 370,6 mln. manatdan 10 677,6 mln. manata çatdırılması gözlənilir. Qeyd olunub ki, əsas səbəb kimi neftin dünya bazarlarında qiymətinin cari ilin ilk 5 ayında proqnozlaşdırılan nisbətlə müqayisədə 35%-dək artmasıdır. Dövlət Neft Fondunun xərclərinin isə 14 451,3 mln. manatdan 14 459,1 mln. manatadək artacağı proqnozlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun