Azərbaycan Xalq CƏbhəsi Partiyasının üzvü, "tək adam" 10 sutka həbsdən sonra azadlığa buraxılıb.
Abzas.net xəbər verir ki, "siyasi məhbuslara işgəncələrə son" - tələbiylə təkbaşına aksiya keçirən AXCP üzvü Füzuli Hüseynov iyulun 19-da sərbəst buraxılıb.
O, iyulun 9-da aksiya keçirdiyinə görə, Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. 1 gün sonra, 10 iyulda Səbail rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilmişdi.
Füzuli Hüseynov daha öncə də təkbaşına aksiyalar keçirmişdi. Sonuncu dəfə Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunmuşdu.