Avstriya kansleri Christian Kern Türkiyənin Avropa Birliyinə daxil olmaq ehtimalını istisna edib.
Abzas.net xəbər verir ki, bu barədə Kern "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib.
"Avropa, artıq sırf iqtisadi-siyasi səbəblər üzündən Türkiyənin AB-nə daxil olmasını qəbul edə bilməz" - deyə, Kern bildirib. Kansler hesab edir ki, Brussel bu mövzuda Ankara ilə səmimi olmalıdı və onlara bildirməlidi: "Siz sadəcə AB-nə daxil olmaq üçün namizədlər arasında deyilsiniz".
Avstriya kanslerinin fikrincə, Türkiyə insan haqqları mövzusunda demək olar ki, bütün qırmızı xəttləri keçib. Türkiyə hakimiyyətinin hüquq müdafiəçilərinə, jurnalistlərə, bəzi deputlara qarşı hərəkətlərini, Kern "diktator zorakılığının təsdiqi" adlandırıb.