5 İyul 2017
Mətni dəyiş
Avropa Parlamenti iyulun 4-də Avropa İttifaqının Moldovaya 100 milyon avroluq (113 milyon dollar) makro-maliyyə yardımı barədə qərarına səs verib.
Bu qərara əsasən üç ödənişin birincisi bu ilin dekabrında ediləcək.
Bu yardımın 60 milyon avrosunu kredit, 40 milyon avrosunu isə qrant ödənişi təşkil edir.
Avropa İttifaqının bu yardımı Moldovanın təcili maliyyə ehtiyaclarının ödənməsi üçün göstərilir.
Moldova bu yardımdan istifadə edərək Beynəlxalq Valyuta Fondunun 2016-cı ildə təsdiq olunmuş proqramını icra etməlidir.
Maliyyə yardımı paketi may ayında təxirə salınmışdı. Bu, Avropa Parlamentindəki bəzi siyasi qrupların Moldovada medianın, qanunun alililiyinə riayətinvəziyyətindən və yeni seçki qanunundannarahatlığı ilə bağlı idi.
İyun ayında Avropa Parlamenti, Avropa Komissiyası və Aİ üzvləri arasında əldə olunmuş kompromisə görə Kişinyovun çoxpartiyalı sistem və qanunun aliliyi də daxil demokratik normalara əməl edəcəyi vədi alınıb.
Bu yardım həm də Moldova hökumətinin insan haqlarına hörmət göstərəcyinə dair öhdəliyi əsasında verilir.
Əgər Moldova bu vədlərindən hər hansı birini pozarsa, Avropa Komissiyası ödənişləri dayandırmaq səlahiyyətini özündə saxlayır.