5 İyul 2017
Mətni dəyiş
Avropa Parlamenti Türkiyə - Avropa Birliyi üzvlük müzakirələrini dayandırmağa çağrış etməyə hazırlaşır. Səbəb isə, 16 aprel referendumu ilə qəbul edən Konstitusiyanın Kopenhagen prinsiplərinə uyğun olmamasıdır.
Abzas.net xəbər verir ki, Avropa Parlamentin Türkiyə ilə bağlı sənədi qurumun bu gün Strasburqda baş tutacaq toplantısında müzakirə ediləcək.
Türkiyəylə bağlı sənəd hollandiyalı parlamentar Kati Piri tərəfindən qələmə alınıb və qanun layhəsi formasındadır. 2005-ci ildən bu günə qədər ilk dəfə bir Avropa Birliyi qurumu bu müzakirələrin rəsmən dayandırılması ilə bağlı çağrış edəcək.
Hələlik kağız üstündə olan sənəddə “16 aprel konstitusiya dəyişikliklərinin mövcud halıyla icra edilməsi halından” Türkiyə ilə üzvlük müzakirələrinin “dərhal və rəsmən dayandırılması” üçün Avropa Birliyi dövlətləri və dairələrinə çağrış edilir.
Üzvlük yerinə qüvvətli əməkdaşlıq
Deutsche Welle Türkçənin xəbərinə görə, Avropa Parlamenti üzvlük yerinə, geniş əməkdaşlığın yaradılmasının, hər iki tərəfin ortaq marağları çərçivəsində davam etməsinin tərəfdarıdır.
Ortaq marağlar olaraq da, terorla mübarizə, köçkünlər, enerji, iqtisadiyyat və ticarət nümunə göstərilir.
Sənəd Türkiyədən bütün bu sahələrdə islahat apararaq, İnsan Haqqları və Təməl azadlıqlar qorunmalqla fəaliyyət göstərilməsini tələb edir.
Avropa Parlamenti Türkiyəyə üzvlük verilmədən öncə AB fondlarını da nəzarətdən keçirməyi təklif edir.
Üzvlük mükazirələrinin dayandırılması halında, bu fondlarında fəaliyyətinin dayandırlmasının və ortada olan pulun Türkiyədə Vətəndaş cəmiyyətinə transfer edilməsini istəyir.
Müzakirələrin dayandırılıb yerinə müştərək marağlar çərçivəsində əməkdaşlığıa gedilməsini istəyir. Bu fikir Avropa Parlamenti daxilindəki bütün siyasi qruplar tərəfindən də dəstəklənir.
Buna rəğmən qruplar arasında Türkiyə - Avropa Birliyi üzvlük məsələində fərqli fikirlər də var. “Sosial demokratlar” və “ Yaşıllar” müzakirələrin AKP ilə mümkün olmayacağınbildirməklə birlikdə üzvlük məsələsində qapının hər şeyə rəğmən açıq qalmasını istəyərlər. Ancaq başda Avropa Parlamentinin ən səs-küylü qrupu Xiristiyan Demokratlar olmaqla sağ fikirli qruplar Türkiyənin üzvlük perespektivlərinin bitdiyini deyir.
Xristiyan Demokratların lideri Alman parlamentar Manfred Weber mətbuat konfransında Türkiyənin illər öncədən Avropa Birliyi üzvlüyü yolundan sapıtdığını deyib.
Əlavə olaraq, sənəddə Türkiyədə 15 İyul darbesini xatırladıb psiləyiblər. Qeyd edilib ki, Türkiyənin də təməl haqqları var bu qorunmalıdır. Eyni zamanda PKK-nin terror təşkilatı olduğunu xatırladan sənəddə deyilir ki, Avropa Birliyi tiribunalarında bu terror təşkilatının silahları yerə qoymasına çağrış edilməlidir.
Avropa Parlamenti bundan öncə də 2016-cı ildə Türkiyəylə bağlı çağrış etmişdi.