ATƏT Parlament Assambleyası Azərbaycana qarşı qətnamə qəbul edib

ATƏT Parlament Assambleyası Azərbaycana qarşı qətnamə qəbul edib
9 İyul 2017
Mətni dəyiş

ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitəsi Şərqi Avropada vəziyyət adlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycan, Rusiya və Belarusda insan hüquqları ilə bağlı vəziyyət tənqid olunur. 

Abzas.net xəbər verir ki, qətnamə səs qoyulub və 31 deputat lehinə, 17 deputat əleyhinə olmaqla qəbul edilib. Səsvermədə 17 parlamentari isə bitərəf qalıb.

Şərqi Avropada insan hüquqlarının vəziyyəti haqda qətnamədə deyilir ki, Rusiya, Belarus və Azərbaycanda demokratik inkişafın pisləşməsi, insan hüquqlarının davam edən və çoxalan pozuntuları, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyəti qurumu narahat edir.

Qətnamə layihəsini Parlament Assambleyasına isveçli deputat Cristian Holm-Barenfeld təqdim edib.

[caption id="attachment_40075" align="aligncenter" width="1200"] Cristian Holm-Barenfeld[/caption]

Qətnamə Azərbaycan, Rusiya və İsveçrə nümayəndələri tərəfindən tənqid edilib. İsveçrə nümayəndəsi bildirib ki, bütün Şərqi Avropanı əhatə edən obyektiv analiz hazırlamaq əvəzinə, ayrıca 3 ölkə ilə bağlı belə qətnamə layihəsi hazırlamaq ikili standartlardan xəbər verir.

Layihəni hazırlayan Cristian Holm-Barenfeld deyib ki, qətnamə hazırlanarkən bütün dünya üçün yox, konkret ölkələr nəzərdə tutulub.

“Söhbət ikili standartlardan yox, daim insan hüquqlarını pozan bu üç ölkədə demokratiya ilə bağlı problemlərdən gedir”, - o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun