ATƏT-in Parlament Assambleyasının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfərə gələcək.
"Report" xəbər verir ki, səfər bu ilin sentyabr ayına planlaşdırılıb.
K.Vigeninin hər üç Cənubi Qavqaz ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi gözlənilir. Səfər zamanı Cənubi Qafqaz regionunda münaqişələrin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq.