"Almaniya Türkiyə ilə münasibətləri əvvəlki şərtlər altında davam etdirə bilməz"
Abzas.net xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Gabriel Zigmar Türkiyə ilə münasibətlərə dair açıqlamasında bildirib.
"Biz Türkiyə ilə siyasi münasibətlərimizə yenidən baxmalıyıq", - deyə, Zigmar iki ölkə arasında pisləşən əlaqələri şərh edərkən bildirib.
Nazirin sözlərin görə, Almaniya kansleri Angela Merkel-lə Almaniya Sosial-Demokrat Partiyasının sədri Martin Şultz da eyni mövqeyi bölüşürlər.
Almaniya Türkiyəyə qoyulan investisiyaları azalda bilər"Türkiyədə vəziyyət qeyri-şəffafdır. Hər şeyi olduğu kimi demək lazımdır. Biz ümid edirik ki, Türkiyə Avropa dəyərlərini geri qaytaracaq", - Zigmar vurğulayıb.
Nazir qeyd edib ki, Almaniya Türkiyəyə qoyulan investisiyaları azalda bilər:
"Şirkətlərin və ya adi təşkilatların terroristlərlə bir sıraya qoyulduğu, təhlükəsizliyin təmin olunmadığı ölkəyə investisiya qoymağı məsləhət görmək düzgün olmaz".
Bir müddət öncə Türkiyə höküməti Almaniya rəhbərliyinə terroristlərlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin və şirkətlərin siyahısını təqdim etmişdi. Türkiyə höküməti hesab edir ki, adları siyahıda qeyd olunan şəxslər və şirkətlər Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin hərəkatı ilə müxtəlif formalarda əməkdaşlıq ediblər.
Gabriel, Türkiyədə alman Peter Ştoydtner də daxil olmaqla 6 hüquq müdafiəçisinin saxlanılmasını planlaşdırılmış aksiya adlandırıb:
"Bunlar planlaşdırılmış və yaxşı hazırlanmış əməliyyatlar idi".
"Saxlanılmış Almaniya vətəndaşı insan haqqlarına dair tədbirdə iştirak edirdi, yerli siyasətçilərlə tanışlığı yox idi, Türkiyə üzrə ekspert deyildi, heç vaxt yerli mediada məqalələri dərc olunmayıb", - deyə nazir bildirib.
XİN başcısı bildirib ki, Zigmar və digər hüquq müdafiəçiləri İstanbul yaxınlığında tədbirdə iştirak edirdilər. İyulun 5-də onlardan 7 nəfəri terrora dəstək verməkdə ittiham olunaraq türk xüsusi xidmət orqanları tərəfindən saxlanılıb və təcridxanaya yerləşdiriliblər:
Türkiyəyə yardım məsələsi yenidən müzakirə olunacaq"Mən, Türkiyədə Avropa İttifaqının vətəndaşlarının heç bir əsas olmadan saxlanıldığı bir zamanda Avropa İttifaqının gömrük genişlənməsi barədə müzakirələrini təsəvvür edə bilmirəm. Biz bundan sonrakı investisiyaları və Almaniya tərəfindən təqdim olunacaq köməyi müzakirə edib yenidən qərar verməliyik".
Gabriel almanları Türkiyəyə səfərlərin təhlükəli olduğu barədə xəbərdarlıq edib.
Nazir həmçinin yaxın zamanda digər Avropa ölkələrindən olan həmkarları ilə Türkiyə ilə münasibətləri müzakirə etməyi düşünür.