Aleksey Navalnı 1 aylıq həbsdən sonra azadlığa çıxıb

Aleksey Navalnı 1 aylıq həbsdən sonra azadlığa çıxıb
7 İyul 2017
Mətni dəyiş
Aleksey Navalnı bugün azadlığa çıxıb. Abzas.net xəbər verir ki, 7 iyulda Rusiya müxalifətinin lideri Aleksey Navalnı 25 sutka həbs müddətindən sonra azadlığa çıxıb. Gənc siyasətçi 12 iyun tarixində razılaşdırılmamış aksiya keçirməyə cəhd etdiyinə görə həbs olundu və təxminən 1 aya yaxın həbsxanada qaldı. Navalnın həbsdən çıxmağına iki gün qalmış polis orqanları ölkə boyu onun seçki qərargahlarına hücüm edib və axtarış aparıb. Nəticədə ofislərdə olan texniki avadanlıqları, çap maşınlarını və təbliğat materiallarını müsadirə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun