Ağ Ev maaş cədvəlini yayımladı — Kim daha çox pul qazanır?

Ağ Ev maaş cədvəlini yayımladı — Kim daha çox pul qazanır?
1 İyul 2017
Mətni dəyiş
Prezidentin qızı və kürəkəni pulsuz işləyir, Tramp maaşını xeyriyyə məqsədlərinə sərf edir
Ağ Ev ABŞ administrasiyası əməkdaşlarının maaşı barədə məlumatı açıqlayıb. 16 səhifəlik sənəddə 400 adamın adı və maaşı göstərilib.
Hesabata əsasən, prezident administrasiyasının rəhbəri Rins Pribusun illik maaşı 179,7 min dollardır. Prezidentin müşavirləri Stiven Bennon, Kellienn Konuey, Ağ Evin mətbuat katibi Şon Spayser, baş siyasi müşavir Stefen Miller və hüquqi məsələlər üzrə müşavir Don Makqan da eyni məbləğdə maaş alır.
Prezidentin mətbuat katibinin müavini Sara Xakkabi Sanders 165 min dollar alır. Prezidentin köməkçisinin müavini, terrorçuluqla mübarizə məsələləri üzrə məsləhətçi Sebasian Qorkanın illik maaşı ondan 10 min dollar azdır.
Birinci ledinin mətbuat katibi Stefani Qruşemin maaşı 115 min dollardır, Milli iqtisadi şuranın rəhbəri, multimilyonçu və Goldman Sachs isə cəmi 30 min dollar maaşla kifayətlənir.
Dövlət başçısının müşaviri postunu tutan prezidentin qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşnerin maaşsız işləyirlər.
Seçki kampaniyası zamanı Donald Tramp dəfələrlə bəyan etmişdi ki, qələbə qazanacağı təqdirdə prezidentin maaşından imtina edəcək.
Ağ Ev rəhbərinin illik əmək haqqı 400 min dollardır. Bundan əlavə vəzifəsi ilə bağlı məsələlərə 50 min dollar xərcləyə bilər.
ABŞ Konstitusiyası prezidentə işinə görə pul kompensasiyası almağı qadağan edir. Aprelin əvvəlində Donald Tramp birinci rübə görə olan maaşını Milli Parklar Xidmətinə köçürüb.
78 333 dollarlıq çek Ağ Evdə keçirilən xüsusi mərasim zamanı qurumun rəhbəri Rayan Zinkaya təqdim edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun