ABŞ-ın Rusiyaya təyin edəcəyi yeni səfirin adı açıqlanıb.
Abzas.net xəbər verir ki, bu barədə Amerika KİV-i məlumat yayıb.
Bildirilir ki, ABŞ prezidenti Donald Trump ölkənin Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb. Trump bu vəzifəyə Yuta ştatının sabiq qubernatoru Con Hantsmanın namizədliyini irəli sürüb.
Diplomatın öz vəzifələrinin icrasından əlavə, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi üzrə araşdırmalarda da iştirak edəcəyi də qeyd olunur.
Con Hantsman ABŞ-ın Çində və Sinqapurdakı səfiri vəzifəsində çalışıb, iki dəfə Yuta ştatının qubernatoru postuna seçilib.
Bundan əlavə, Hantsman “Hilton”, “Chevron”, “Ford Motor Company” və “Caterpillar” şirkətlərinin direktorlar şurasının üzvüdür.