ABŞ İranın ballistik raket proqramı ilə bağlı, bu ölkənin 18 fərd və şirkəti üzərinə yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edib.
Yeni sanksiyaların elan edilməsi ilə eyni gündə Vaşinqton elan edib ki, Tehran 2015-ci ildə imzalanmış nüvə sazişininşərtlərinə əməl edir.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, İranın 16 vahidinə və fərdinə “qanunsuz fəaliyyətlə bağlı sanksiyalar tətbiq ediləcək.
Sanksiyalara məruz qalanlar İran hərbiyyəsi və ya İslam İnqilab Keşikçiləri ilə bağlı olan şəxslərdir.
Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, İranın ballistik raketləri sınaqdan çıxarması bilavasitə BMT-nin qətnaməsinə ziddir.
Dövlət Departamenti habelə Baquer Namazi, Siamak Namazi və Xiyue Wang da daxil İran həbdsxanalarında olan bütün ABŞ vətəndaşlarının azad edilməsinə çağırıb.