ABŞ prezidenti Donald Trump dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi postuna Wess Mitchell-in namizədliyini irəli sürüb.
“RİA Novosti”-nin məlumatına görə, Avropa Siyasətinin Təhlili Mərkəzinin (CEPE) həmtəsisçisi olan Wess Mitchell-in namizədliyi ABŞ Senatda nəzərdən keçiriləcək.
Barak Obama administrasiyasında dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsində Victoria Nuland çalışıb.