ABŞ-ın dövlət katibi Rex Tillerson postundan gedə bilər.
Abzas.net xəbər verir ki, bu barədə adı çəkilməyən mənbələrə istinadən "CNN" məlumat yayıb.
Dövlət katibi Rex Tillerson-u istefa verməyə vadar edəcək səbəb kimi onunla Donald Trump arasında olan fikir ayrılığı göstərilir.
"CNN"-in məlumatına görə, Tillerson-un tanışları onun dövlət katibi postunda minim bir il qalacağını hesab edirlər. Digərlərə mənbələrə görə isə o daha tez istefaya gedə bilər.
Kanalın verdiyi xəbərə görə, Tillerson-un narazıçılığına səbəb Trump-ın, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsinin araşdırılma prosesində qərar verməkdən imtina edən baş prokuror Jeff Session-u tənqid etməsidir.
Tillerson-un mətbuat katibi Robert Hammond "Reuters"-lə söhbətində dövlət katibinin istefa vermək niyyətidə olmadığını bildirib. Bununla belə, agentliyin mənbələri qeyd edirlər ki, Tillerson-un narazıçılığına əsas səbəblərdən biri də, ağ evin ona dövlət departamentində müstəqil şəkildə islahat aparmasına imkan verməməsidir.
21 iyulda Trump administrasiyasını Ağ evin mətbuat katibi olan Sean Spicer tərk edib. O, öz vəzifəsində cəmi yarım il çalışdı. Spicer, yeni kommunikasiya üzrə direktor Anthony Scaramucci ilə birlikdə işləməkdən imtina edərək, tutduğu postdan istefa vermişdi.