ABŞ-da qazılan neft quyuları azaldı, neft qalxdı

ABŞ-da qazılan neft quyuları azaldı, neft qalxdı
1 İyul 2017
Mətni dəyiş
ABŞ-da qazılan neft quyularının sayı, 26-30 İyunu əhatə edən həftədə 756-ya geriləyib.
Neft sahəsinə xidmət göstərən şirkətlərdən biri olan Baker Hughes-in həftəlik məlumatına görə, Amerikanın neft sənayesində bu həftə qazılan neft quyularından 2-sində işlər dayandırılıb.
Beləliklə,  23 həftə ardıcıl artdıqdan sonra bu həftə qazılan quyuların sayı azalaraq 756-ya düşüb.
Digər tərəfdən, yanvar ayında 522 olan qazılan quyuların sayı son 24 həftədə 45 faiz artıb.
ABŞ-da cəmi qazılan quyuların sayı  2014-cü ilin oktyabr ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyə qalxmışdı. Aşağı neft qiymətlərinin Amerikanın neft sənayesinə mənfi təsir etməsilə ötən ilin may ayında qazılan quyuların sayı 316-ya geriləmiş, 80 faiz azalma qeyd etmişdi.
NEFT HASİLATI DA AZALIB
Ötən həftə ABŞ-ın xam neft istehsalında kəskin azalma baş verib.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlara görə, ölkədə xam neft istehsalı keçən həftə gündəlik orta hesabla 100 min barellik azalma ilə 9,25 milyon barrelə enib.
AŞAĞI NEFT QİYMƏTLƏRİ MƏNFİ TƏSİR EDİB
Mütəxəssislər, ötən həftə xam neft qiymətlərinin kəskin düşməsinin ABŞ-da neft istehsalına mənfi təsir etdiyinə diqqəti çəkərək, qiymətlər 43 dollardan aşağı düşdüyü halda ölkədə hasilatın sərfəsiz olduğunu qeyd edirlər.
Ötən həftə ABŞ-da Qərbi Texas neftinin barrel qiyməti 42,05 dollara qədər düşərək 2016-cı ilin Avqust ayından bu yana ən aşağı səviyyəsini görmüşdü.
Məlumatın açıqlanmasından sonra neft qiymətləri 1%-dən çox artıb. Brent neftinin qiyməti 48,10 dollara, Texas nefti isə 46,30 dollara qalxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun