'Əliyev istədiyi yerli mükafatı ala bilər, amma jurnalistlərin dostu...'

'Əliyev istədiyi yerli mükafatı ala bilər, amma jurnalistlərin dostu...'
22 İyul 2017
Mətni dəyiş

Beynəlxalq insan haqları təşkilatı "Human Rights Watch"-un Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Giorgi Gogia Azərbaycanda jurnalistlərə evlərin verilməsi ilə bağlı məqalə yazıb. Abzas.net olaraq yazını təqdim edirik: 

Bu həftə Azərbaycan prezidenti İlham Əliyev ölkə jurnalistlərinin bəzilərinə 250 ev hədiyyə edib. Əvəzində, Mətbuat Şurası, yerli media təşkilatları 2013-cü ildən bəri üçüncü dəfə İlham Əliyevi "jurnalistlərin dostu" mükafatı ilə təltif ediblər. Hərçənd, Əliyev tədbirdə bildirib ki, Azərbaycanda bütün azadlıqlar, eləcə də ifadə azadlığı təmin olunub, amma praktikada heç bir şey həqiqətdən irəli gedə bilməz.

Azərbaycan uzun zamandır müstəqil və müxalif mediaya qarşı düşmənçilik aparır. Son 3 ildə, rəsmilər tənqidi məlumatlara görə mediaya qarşı qəddar təzyiqlər edir, müstəqil və müxalif jurnalistlərin həbsini həyata keçirir. Hazırda ən azı 8 jurnalist və bloqqer siyasi motivlərlə həbsdədirlər. "Sərhədsiz Reportyorlar" təşkilatının mətbuat azadlığı indeksinə görə Azərbaycan 180 ölkə sırasında 162-ci yerdədir.

[caption id="attachment_41152" align="aligncenter" width="1023"] Giorgi Gogia[/caption]

Gülməlidir ki, mükafatlandırılma mərasimindən bir gün əvvəl prokuror bağlanmış Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirli üçün 4 il 6 ay həbs tələb edib. Mart ayında Azərbaycanın ən tanınmış blogger və jurnalistlərindən biri Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. May ayında hökumət daha iki jurnalisti həbs etdi, Əziz Orucov və Nicat Əmiraslanov. Həmçinin, may ayında Əfqan Muxtarlı yaşadığı Tbilisidə yoxa çıxdı və 24 saatdan az bir vaxtda Azərbaycan sərhəd xidmətində peyda oldu.

Jurnalistlərin həbsi ilə yanaşı, Azərbaycan hakimiyyəti Azadlıq Radiosu, Azadlıq qəzeti və Meydan TV kimi əsas tənqidi media qurumlarının saytlarını birdəfəlik bloklayıb.

Azərbaycanda Əliyev istədiyi yerli mükafatı əldə edə bilər, amma o, jurnalistlərin əsl dostu olduğunu sübut etmək üçün pulsuz mənzillər verməkdən daha çox şey etməlidir. Saxta ittihamlarla həbs olunanları azad etmək yaxşı bir başlanğıc olardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun