İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ölüm xəbəri təsdiq edilib. Bu barədə İraqın "Alsumaria" telekanalı məlumat yayıb.
Abzas.net xəbər verir ki, İŞİD qısa bəyanatla çıxış edərək, liderlərinin ölüm xəbərini təsdiqləyib. Eyni zamanda, telekanalın anonim mənbəyi bildirib ki, İŞİD-in bəyanatında əl-Bağdadinin varisinin seçildiyi və yaxın zamanda adının açıqlanacağı da qeyd olunub.
Əl-Bağdadinin ölümü ilə bağlı məlumatlar KİV-də dəfələrlə, o cümlədən iyunun əvvəlində yayılıb. İyunun ortasında Rusiya Müdafiə Nazirliyi məlumat yaymışdı ki, may ayının sonlarında Suriyada, Rusiyanın hava zərbələri nəticəsində İŞİD başcısı və 300 terrorist məhv edilib.