İyunun 14-də YUĞ Dövlət Teatrı 28-ci teatr mövsümünü "Metamorfoza" pyesi ilə açır.
Bu, Səidə Haqverdiyevanın hekayələri əsasında birhissəli somnambulistik reportajdır. Bu barədə teatrın press-relizində bildirilir.
Quruluşçu rejissor Günay Səttar, quruluşçu rəssam Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.
Mən rolunun iştirakçısı Zümrüd Qasımova, Sən - Oqtay Mehtiyev, O- Elgün Həmidovdur.
Pyesdə üç naməlum şəxs düşdükləri şəraitdə islah olmaq üçün "özlərini kənardan görməyi" oynamağa başlayaraq nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün uşaqlaşırlar.
Pyesin leytmotivi budur ki, sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.
Ümumi müəllif düşüncəsi belədir ki, sosium problemlər bir çoxlarımızı maddi, mənəvi məngənəyə salır. Çıxılmazlıq içində qalan fərdlər çıxış yolunu daha asan hesab etdikləri ugursuz yolda tapırlar. Bu yolun səhv olduğunu anlayan insan oynamaqdan, uşaqlıq etməkdən çəkinmir və ruhunda işıq yandırmağa, həyatla barışmaga çalışır. İçindəki pislik, zorakılıq oyuna çevrilibsə demək ki, islah olmusan.