Whatsapp insanların xəbərləri kəşf və müzakirə etmə yollarından birinə çevrilir, yeni tədqiqatda deyilir.
Amma bu artım hər ölkədə eyni deyil.
Malayziyada rəyi soruşulanların 50 faizindən çoxu azı həftədə bir dəfə xəbərlər üçün bu ismarıc alətindən istifadə etdiyini deyib, ABŞ-da əhalinin cəmi 3, Britaniyada isə 5 faizi Whatsapp-dan bu məqsədlə istifadə edir.
Rəqəmsal xəbər hesabatında göstərilir ki, Brexit debatları Böyük Britaniyada insanların mediaya inamını azaldıb.
Hesabata görə, respondentlərin yalnız 43 faizi xəbərlərə inandıqlarını bildirib - ötən il bu rəqəm 50 idi - sorğuya cavab verənlər BBC-ni Aİ tərəfdarlarına qarşı "qərəzli olmaq" və Aİ-ni tərketmə kampaniyasının "zərərlərini" ifşa etməməkdə tənqid ediblər.
Gizlilik populyardır
Reuters Jurnalistika Tədqiqat İnstitutunun araşdırması Avropa, Amerika və Asiya, o cümlədən Tayvan və Honkonq da daxil olmaqla 34 ölkədə həyata keçirilib. Tədqiqatı BBC və Google kimi şirkətlər maliyyələşdirib.
Yanvar və fevral aylarında ümumilikdə 71,805 nəfər arasında YouGov saytında sorğu aparılıb.
Facebook liderdir, amma WhatsApp da irəliləyir
Həftə ərzində azı bir dəfə bu xidmətlərin istifadə edənlərin faizi
1. Xəbər üçün istifadə - 2. Ümumi istifadə
[caption id="attachment_37569" align="alignnone" width="1184"] Mənbə: Reuters İnstitutu: Rəqəmsal Xəbər Hesabatı - 2017[/caption]
Nəticələr göstərir ki, Facebook xəbər almaq üçün ən populyar sosial media və mesajlaşma xidməti olaraq qalır, amma təkcə Yaponiya və Cənubi Koreyada müvafiq olaraq, Youtube və Kakao Talk üstünlük təşkil edir.
Amma həmçinin qeyd edilir ki, ilbəil müqayisə edildikdə terror hadisələrinin baş verdiyi yerlərdə xəbərlər üçün Facebook-dan istifadə yarıbayarı azalıb.
Əksinə, mesajlaşma və xəbərlərin paylaşımında real zamanda ismarıclaşma tətbiqlərinin, o cümlədən Whatsapp-ın payı artmaqdadır.
Məlumata görə, Whatsapp indi sorğu aparılan 36 yerin doqquzunda xəbərlər üçün ikinci ən populyar sosial xidməti, daha beş ölkədə isə üçüncü ən populyar platformadır.
WhatsApp bəzi ölkələrdə əsas xəbər mənbəyidir
Həftə ərzində WhatsApp-dan xəbər üçün istifadə edən respondentlərin faizi
[caption id="attachment_37570" align="alignnone" width="1184"] Mənbə: Reuters Institutu Rəqəmsal Xəbər Hesabatı - 2017[/caption]