29 İyun 2017
Mətni dəyiş
Avropa Yayım Birliyi (AYB) rusiyalı ifaçı Yuliya Samoylovanın Ukraynaya girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edilərkən ölkə hökumətinin "Eurovision" müsabiqəsinin təşkilatçıları ilə kifayət qədər əməkdaşlıq etməməsinə görə rəsmi Kiyevə iradlarını bildirib.
BBC-nin məlumatına görə, indi hökumətin bu addımına görə Ukrayna cərimələnə bilər.
"Nəticədə diqqət müsabiqədən kənar məsələlərə yönəldi, "Eurovision" un nüfuzu təhlükə altına salındı", - "Eurovision" təşkilatçılarının bəyanatında deyilir.
AYB Reqlament Komitəsi Ukraynanın Milli İctimai Teleradio Şirkətini cərimələməyi tövsiyə edib, ancaq cərimənin məbləği hələlik məlum deyil. Müsabiqənin təşkilatçıları cərimənin böyük məbləğdə olacağını bildiriblər.
AYB cərimə yalnız Y.Samoylova ilə münaqişə ilə yox, həm də Ukraynanın təqsiri üzündən müsabiqəyə hazırlıq mərhələsində ciddi gecikmələrin olması ilə əlaqədar olacaq.
Eyni zamanda, Rusiyanın Birinci kanalı müsabiqənin təşkilatçılarından xəbərdarlıq alıb. Buna səbəb tekekanalın müsabiqəni Rusiya ərazisində yayımlamaqdan imtina etməsi olub.