Türkiyədən ABŞ-a PYD xəbərdarlığı: "Hər addıma cavab veriləcək"

Türkiyədən ABŞ-a PYD xəbərdarlığı: "Hər addıma cavab veriləcək"
29 İyun 2017
Mətni dəyiş
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş ABŞ-a PYD ilə bağlı xəbərdarlıq edib.
"Ölkə.Az" xəbər verir ki, xəbərdarlığa əsasən Afrindən Türkiyəyə atılan hər atəşə misli ilə cavab veriləcək.
Baş nazirin müavini deyib: "Türkiyənin PYD/YPG mövzusunda həssaslığının diqqətə alınmasının lazım olduğunu bir daha söyləyirəm.  Əgər bu qruplaşma Afrin bölgəsindən Türkiyəyə atəş açsa, misli ilə cavabını alacaqdır".
Baş nazirin müavini Afrin bölgəsinə quru əməliyyatının planlaşdırılıb-planlaşdırılmadığı sualına belə cavab verib: "Suriyanın şimalında terror qruplaşmaları ilə bağlı Türkiyənin mövqeyi əvvəldən məlumdur. Biz Suriyanın ərazi bütövlüyü lehinəyik.
Suriyanın ərazi bütövlüyünü parçalayacaq olan hər növ siyasi hadisəyə qarşıyıq. İŞİD məsələsi bitdikdən sonra əraziyə başqa bir terror qruplaşmasını gətirmək Suriyanın gələcəyi üçün təhlükədir. Sülh əldə etməyin qarşısına çəkilən səddir".
Kurtulmuş qeyd edib ki, PYD-yə verilən istənilən hərbi və silah dəstəyi birbaşa PKK-ya verilmiş bir dəstəkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun