28 İyun 2017
Mətni dəyiş
Millət vəkili İbrahim Halil Yıldıza qarşı təşkil edilən sui-qəsdin qarşısı son anda alınıb.
İnsident Şanlı Urfanın Suruç rayonunda baş verib. 4 terrorçu, hücumda istifadə edilməsi planlaşdırılan çoxsaylı silah və partlayıcı maddə ələ keçirilib.
Şanlı Urfa polis idarəsi ilə jandarma komandanlığının əməkdaşlığı nəticəsində hakim partiyanın üzvlərinə qarşı sui-qəsd hazırlayan 4 PKK terrorçusu həbs edilib.
Terrorçuların yaşadığı evdə aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd tapanca, bir ədəd səsboğucu bir ədəd "Kalaşnikov" markalı avtomat, 420 qram plastik partlayıcı, bir ədəd vinçester tüfəngi və s. ələ keçirilib.