Tehran zindanında aclıq aksiyasi keçirən türk fəalın səhhəti pisləşib [video]

Tehran zindanında aclıq aksiyasi keçirən türk fəalın səhhəti pisləşib [video]
30 İyun 2017
Mətni dəyiş
İyunun 17-də Tehranın Evin həbsxanasında aclıq aksiyasına başlayan türk dil haqları fəalı Siyamak Mirzayi-nin sağlıq durumu pisləşməkdədir. Bu barədə İranda insan haqları pozuntularına dair xəbər yayan HRA agentliyi məlumat yayıb.
Abzas.net xəbər verir ki, övladının vəziyyətinin pisləşməyi ilə bağlı azərbaycanlı fəalın atası Qadir Mirzayi də ictimaiyyətə müraciət ünvanlayıb. Valideyn bildirib ki, övladının vəziyyəti ağırdır.
O deyib ki, əgər oğlunun başından bir tük əksik olsa, bunun məsuliyyətini rəsmilər çəkəcək.
“Siyamək Mirzayi aclıq aksiyasına başlayandan bəri 10 kiloqram çəki itirib və qan təzyiqi düşüb. Çəkisi 77 kiloqramdan 67-ə enib”.
Bu məlumatı isə HRA agentliyi məhbusun yaxınlarına istinadən yayıb.
Amerikanın Səsinin məlumatına görə, keçən ilin iyul ayından bəri nəzarətdə olan milli fəalın yaxınlarının bildirdiyinə görə, məsullar onun məhkəmə dosyesi ilə bağlı problemlərin həlli istiqamətində hər hansı bir addım atmayıblar. Mirzayi isə tələbləri yerinə yetirilənədək aclığa davam edəcəyini bildirib.
[caption id="attachment_38262" align="aligncenter" width="1000"] Siyamak Mirzayi[/caption]
Əslən İran Azərbaycanının Muğan bölgəsindən olan türk fəal “müxtəlif bəhanələr ilə təxirə salınan apellyasiya məhkəməsinin təşkilini və müvəqqəti azadlığı üçün müəyyənləşmiş bir milyard tümənlik (təqribən 300 min dollar) zəmanət məbləğinin azaldılmasını” tələb edib.
Milli fəal keçən ilin iyulunda təhlükəsizlik qüvvələri tərəfindən İran Azərbaycanının Muğan bölgəsində nəzarət altına alınsa da, daha sonra Tehranın Evin həbsxanasına köçürülüb.
Tehran vilayətinin Baharistan şəhərinin İnqilab Məhkəməsi bu ilin yanvar ayında onu 10 il həbs və əlavə olaraq, iki il Cənubi Xorasan vilayətinin Təbəs şəhərində sürgündə yaşamaq cəzasına məhkum edib.
[embed]https://youtu.be/px2qfT22Jso[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun