28 İyun 2017
Mətni dəyiş
Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində cinayət işi başlanıb.
Məlumata görə, axtarışa verilən şəxs hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyevdir.
Onun haqqında Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilir.
O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
Elnur Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn “Mühacir işi”ndə hallanıb.
Mətbuatın yazdığına görə, E.Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib.
Müsavat Partiyası E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.