6 İyun 2017
Mətni dəyiş
“Vahid Milli Hərəkat” Gürcüstanın baş nazirinə müraciət edərək daxili işlər naziri, dövlət təhlükəsizliyi xidmətinin rəhbərini və baş nazirin müavinini işdən çıxarmağa çağırıb.
Bəyanatda bildirilib ki, əks halda partiya gürcü xalqı ilə birgə hökumətin tam heyətlə istefasına nail olacaq. Belə bir bəyanatla partiyanın siyasi şurasının üzvü Nika Rurua çıxış edib.
“ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin qiymətləndirməsi tələb edir ki, konkret şəxslər azərbaycanli jurnalist Əfqan Muxtarlının oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürsün. Bu və bənzər biabırçı hadisələr ölkəmizin bütün perspektivini məhv edir, Gürcüstanın beynəlxalq arenada mövqelərinə zərbə vurur. Hakimiyyət adekvat reaksiya verməlidir, ancaq bugünki günə qədər şüurlu şəkildə bunu etməyib.
Baş nazir Kvirikashvilini daxili işlər naziri Mgebrishvilini, DTX-nin rəhbəri Gomelauri-ni və bu müddət ərzində gürcü cəmiyyətini aldatmaq üçün həyasızcasına dezinformasiya kampaniyası aparan baş nazirin müavini Aleksandre Jejelava işdən azad etməyə çağırırıq".
Müxalif partiya nümayəndəsi bildirib ki, əgər qeyd olunan şəxslər istefaya getməsə, yaxud baş nazir onları tutduqları vəzifədən azad etməsə, onlar həmkarları və
gürcü xalqı ilə birgə bütün hökumətin istefasına nail olacaqlar
.