“Sərhədsiz reportyorlar” təşkilatı rəsmi Tbilisidən açıqlama tələb edir

“Sərhədsiz reportyorlar” təşkilatı rəsmi Tbilisidən açıqlama tələb edir
1 İyun 2017
Mətni dəyiş
"Sərhədsiz reportyorlar" təşkilatı Gürcüstan hakimiyyətini 2015-ci ildən bu ölkədə yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının necə oğurlanaraq Azərbaycana verilməsinə aydınlıq gətirməyə çağırıb.
Gürcüstan hakimiyyəti Əfqan Muxtarlı ilə nə baş verdiyini dərhal açıqlamalı və Gürcüstanda yaşayan digər azərbaycanlı dissidentlərin təhlükəsizliyini təmin etməlidir", - təşkilatın məlumatında deyilir.
"Muxtarlını kimin oğurlaması vacib deyil - azərbaycanl əməliyyatçılar yoxsa Gürcüstanın təhlükəsizlik qüvvələri. Bu, çox ciddi insidentdir və nəticəsiz qalmayacaq", - məlumatda qeyd olunur.
Bakıya gətirilən Ə.Muxtarlı vəkil Elçin Sadıdova bildirib ki, saxlanma zamanı onu döyüblər, qabırğasını sındırıblar. Başına torba salaraq sərhəddən keçiriblər və orada cibinə 10 min avro qoyublar. Ə.Muxtarlı deyib ki, onu gürcülər oğurlayaraq azərbaycanlılara veriblər.
"Biz işgəncələrə və amansız rəftara məruz qalan Əfqan Muxtarlının dərhal azad olunmasını tələb edirik.
Müstəqil jurnalistlərə qarşı uydurma ittihamlardan istifadə etmək Azərbaycanda standart praktikadır. Hakim rejim bir daha göstərdi ki, o, ölkənin hüdudlarından kənarda da problemlər yarada bilər. Bütün bu hərəkətlərə görə cavab verməyin vaxtı çatıb", - məlumatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun