"Rusiyalıların ölkəyə girişinə qadağa qoyula bilər" - Ukrayna XİN

"Rusiyalıların ölkəyə girişinə qadağa qoyula bilər" - Ukrayna XİN
30 İyun 2017
Mətni dəyiş
Ukrayna XİN Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin qadağan olnumasının mümkünlüyü barədə məlumat verib.
Abzas.net xəbər verir ki, bunu Ukrayna XİN-in siyasi departmanetinin rəhbəri Aleksey Makeyev bildirib. O bu barədə 30 iyunda "İnterfaks-Ukrayna"-ya açıqlama verib.
"Əgər dövlət təhlükəsizliyi nöqteyi nəzərdən belə bir vacibiyyət yaranarsa, Rusiya vətəndaşlarının Ukraynaya girişinə qadağa qoyula bilər" - deyə Makeyev bildirib.
Makeyev bildirib ki, eyni zamanda xüsusi xidmət orqanlarıynan iş birliyi nəticəsində müəyyən olunacaq bəzi kateqoriyalı Rusiya vətəndaşlarının ölkəyə girişinin məhdudlaşdırılması və viza tətbiqi məsələləri də müzakirə olunur.
Qeyd edək ki, Rusiya prezidenti yanında dovlət xidmətinin məlumatına görə, 2016-cı ildə Rusiyaya 2.4 milyon Ukrayna vətəndaşı girib. Bununla bərabər, Ukrayna Sərhəd Xidmətinin məlumatına görə, Ukrayna ərazisinə daxil olan rusların sayı azalıb. 2016-cı ilin ilk yarısında bu ölkəni cəmi 600 min rus ziyarət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun