6 İyun 2017
Mətni dəyiş
Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə AXCP fəalı Fuad Əhmadlinin növbəti məhkəmə prossesi keçirilib.
Abzas.net xəbər verir ki, dövlət ittihamçısı F.Əhmədlinin 7 il azadlıqdan məhrum olunmasını tələb edib.
Proses iyunun 16-da davam edəcək.
F.Əhmədli ötən il avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, “Azerfon” MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.
İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, “Hizmet imamları” adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub.