Prezident administrasiyasında bəzi strukturlar ləğv edilib - yeni tam siyahı

Prezident administrasiyasında bəzi strukturlar ləğv edilib - yeni tam siyahı
1 İyun 2017
Mətni dəyiş
Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub. APA-nın məlumatına görə, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib.
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiəyədək Prezidentin istisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi təyin olunub.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunun bazasında isə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdu.
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov
Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev
Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov
Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov
Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri
Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə
Prezidentin mətbuat katibi Azər Qasımov
Prezidentin protokol xidmətinin rəisi Elçin Bağırov
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov
Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun