26 İyun 2017
Mətni dəyiş
İyunun 26-ı səhər saatlarında Aleksey Navalnının Barnauldakı qərərgahının koordinatoru Artyom Kosareçkinə iki nəfər hücum edib. Hadisə koordinator şəhər icra hakimiyyətinə aksiya keçirəcəkləri haqda müraciət verməyə gedərkən baş verib.
Abzas.net xəbər verir ki, Kosareçkinin sözlərinə görə, hücum edənlərdən biri onu bıçaqla qolundan vurub. Onun yarasını artıq tikiblər. Hücum edənlər saxlanılıb.
Bundan əlavə iyunun 25-dən 26-a keçən gecə Navalnının Barnauldakı qərərgahının ofisini yandırmağa çalışıblar.