Nədir müsəlman dünyasına mane olan? - Natiq Cəfərli

Nədir müsəlman dünyasına mane olan? - Natiq Cəfərli
12 İyun 2017
Mətni dəyiş
Müsəlman ölkələrində daxili problemlər, çəkişmələr, dava-dalaş haqqında yazan kimi, bəlli bir kütlə həmən iki arqument səsləndirirlər:
1. Bütün bunları Qərb edir, hamısı ABŞ-ın, ingilislərin oyunudur;
2. Olan-bitən hər şey neftə görədir.
1. Qərb, təbii ki çoxüzlüdür, riyakardır, öz maraqları çərçivəsində hərəkət edir, aranı da qatır, silahını da satır – amma müsəlman ölkələrinin hakim elitalarının ağlı, biliyi, ədaləti olsun, oyuna gəlməsinlər! Avropada adambaşına ən az kitab çap edən ölkə İspaniyadır, amma Türkiyə xaric bütün müsəlman ölkələrindən daha çox kitab çap edir. Elmlə, hesab-kitabla məşğul olmağa Tramp qoymur, ya Makron icazə vermir?
Bəlkə müsəlmanın əlindən kitabı Merkel alır?! Dünyada hər il 3 milyona yaxın elmi kəşf və patent olur, bunun cəmi 0,3%-i müsəlman ölkələrinin (Türkiyə xaric) payına düşür. Bunun səbəbkarı kimdi, Masonlar?! Müsəlman ölkələrin hakim elitaları ölkələrini ailə biznesi kimi idarə edirlər, ədalət yox, seçki yox, məhkəmə yox, ümumbəşəri dəyərlərə hörmət yox – bunu kim edir?!
BMT, Yaponiya, ya Cənubi Koreya ilə Avstraliya?! Dünyada TOP Universitetlərin siyahasında bir dənə də müsəlman ölkələrinin elm ocağı yoxdur, bunun günahı kimdədi, buddistlərdə?!
2. Neftə görə dünya düzəni 20-ci əsrdə qaldı, indi ABŞ, Kanada və Meksikada olan neft ehtiyatları bütün müsəlman ölkələrində olan neft ehtiyatlarından daha çoxdur. Neftin önəmi də, erası da bitir-bitəcək. Yaxşı, Norveçin də nefti var, niyə ABŞ, İngiltərə ora “barmaq” edə bilmirlər?! Nəyə görə?!
Bircə deməyin ki, Norveç xristian ölkəsidir, ona görə etmirlər, bilin ki, Norveç əhalisinin 70%-ə yaxını ateisti, heç bir dini qəbul etmirlər. Böyük dövlətlər ona görə Norveçə dəyə bilmirlər ki, güclü təhsili, ədalətli seçkisi və məhkəməsi var.
Vəssalam...
Yazıdakı fikirlər müəllifin şəxsi düşüncələridir. Abzas-ın mövqeyi ilə üst-üstə düşməyə bilər. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun