24 İyun 2017
Mətni dəyiş
Müdafiə naziri Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin yeni zavodunun açılışı mərasimində iştirak edib.
Məlumata görə, yeni zavod 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı üçün nəzərdə tutulub.
Z.Həsənov tədbirdə bildirib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən islahatlar ordunun gücünü daha da artırır:
"Ordunun silah, döyüş vasitələri və hərbi təyinatlı məhsullarla təchizatı yüksək səviyyədədir. Hərbi təhsil sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər görülür".
Nazir deyib ki, minlərlə hərbçinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, yeni hərbi hissələr yaradılıb.
"Görülən işlərin nəticəsidir ki, ordumuz 2016-cı ilin aprelində düşmən üzərində qələbəni təmin edib, işğal edilən torpaqlarımızın bir hissəsi azad olunub. Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”.