8 İyun 2017
Mətni dəyiş
Azərbaycanda “Turizm haqqında” qanuna dəyişiklik edilir.
Modern.az-ın məlumatına görə, qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə bu hissə əlavə edilir: Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.
Hazırki qanunvericiliyə əsasən, turist göndərən turoperatorla və ya turaqentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.
Qanuna dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.