Məhkəmə Nemtsovun qətlində ittiham olunanların hamısını günahkar sayıb

Məhkəmə Nemtsovun qətlində ittiham olunanların hamısını günahkar sayıb
29 İyun 2017
Mətni dəyiş
Rusiyada andlılar məhkəməsi müxalif siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan bütün şəxsləri günahkar hesab edib.
“RİA Novosti”-nin məlumatına görə, Moskva Dairə Hərbi Məhkəməsi qətlin birbaşa icraçısı kimi ittiham edilən Zaur Dadayev də daxil olmaqla, 5 nəfəri günahkar sayıb. Gələn həftə prokurorluq Z. Dadayevə tələb etdiyi cəzanı açıqlayacaq, məhkəmə isə cəzanın müddətini təyin edəcək. Cinayət Məcəlləsinə əsasən sifarişli qətldə iştirak edənləri ömürlük həbs cəzası gözləyir.
İttiham olunanlar qərarı sakit qarşılayıb, onlardan birinin həyat yoldaşı isə ağlayıb. Üç gün ərzində 3 iclas zamanı andlılar yekun qərarı verməyə 13 saat vaxt sərf ediblər. Yekdil qərara gələ bilməyən andlılar arasında səsvermə keçirilib. 10 andlı iclasçı Dadayevi günahkar sayıb, 2-si isə bununla razılaşmayıb.
Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman Rayon Məhkəməsinin qərarı ilə Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan əlavə, 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışda olan, qətlin ehtimal edilən sifarişçisi və təşkilatçısı Ruslan Muxudinov haqqında istintaq davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun