24 İyun 2017
Mətni dəyiş
Azərbaycanın Fransadakı keçmiş səfiri Elçin Əmirbəyov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilib.
Abzas.net xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Elçin Əmirbəyov Azərbaycanın Fransada, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi.
İyunun 23-də prezidentin sərəncamı ilə o, həmin vəzifələrdən geri çağırılıb.
Bundan əvvəl birinci vitse-prezidentə 2 köməkçi, katibliyinə rəis və rəisə müavinlər təyin edilib. Köməkçilər Anar Ələkbərov və Yusif Məmmədəliyevdir, Katibliyin rəisi Altay Həsənov, onun müavinləri isə Mehdi Dadaşov və Fariz Rzayevdir.