29 İyun 2017
Mətni dəyiş
Bakı Apellyasiya Məhkəməsində “Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Cavad Cavadlı bildirib. Məhkəmə şikayəti təmin etməyib.
Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsində Ə. Orucovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.
Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.